8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda kredit kartlarının sayı 30% artdı

Cari ilin yanvar ayına olan məlumata əsasən, Azərbaycanda 3 464 sosial kart, 2 581 maaş kartı, 3 814 digər debet kartları var. Debet kartlarının ümumi sayı 9 859 təşkil edir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin yanvar ayında debet kartların sayı 8 308 təşkil edirdi. Bunların 3 435-i sosial kartlar, 2 556-ı əmək haqqı kartı, 2 317-i isə digər debet kartlar idi. İllik müqayisədə görünür ki, bu ilin yanvarında debet kartların ümumi sayında 18.7%, sosial kartlarda 0.9%, əmək haqqı kartlarında 1%, digər debet kartların sayında isə 64.7% artım var.

2022-ci ilin yanvar ayına olan məlumata əsasən, kredit kartlarının sayı isə 1 414-dür. Bu da ötən ilin yanvar ayı (1 105) ilə müqayisədə 30% artım deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər