10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda kredit niyə bahadır? – Ekspert cavablandırır

Azərbaycanda kredit faiz dərəcələrinin yüksək olmasının sual doğurub.

Bununla bağlı məsələyə banklar üzrə hüquqşünas Əkrəm Həsənov aydınlıq gətirib.

O bildirir ki, bunun üç əsas səbəbi var. Hüquqşünasın qeydinə görə, ilk ikisi əslində eyni tiplidir.

“Məsələn, bankların özünün ucuz vəsaitinin mövcudluğundadır. Yəni banklar maliyyə vasitəçisidirlər. Bir qayda olaraq, öz pulunu kreditə vermirlər. Hər bankın ən azı 50 milyon pulu olmalıdır ki, qalanını kreditə cəlb etsin. Son zamanlar xaricdən yerli banklara kredit verilməsi prosesi azalıb.

Cəlb etdikləri pulların üstünə faiz qoyub, başqalarını nağd kreditlə təmin edirlər. Bankların maliyyələşmə mənbələri nə qədər ucuz olursa, təbii ki, kreditin faizi də baha olmur və ya əksinə. Azərbaycan bazarında əsas iki mənbədən istifadə olunur.

Bu vətəndaşların əmanətləri və mərkəzi bankın kreditləridir. Bu gün qanunvericiliyə görə, sığortalanan əmanət 12 faizdir.  Yəni vətəndaşlar 12 faizlə banklara sığortalanan əmanət qoyur. Belə olduğu halda, bank necə ucuz kredit versin?! O, hələ üstünə faiz də qoymalıdır”.

Deməli, əmanətlər üzrə qorunan faiz dərəcəsini endirmək lazımdır. Avropada əmanət üzrə də faiz dərəcəsi 1-2-dir, bizdə isə 12%. Digər səbəb isə Mərkəzi Bankın (MB) verdiyi kreditlərdir. Hazırki uçot dərəcəsi MB-a uyğun olaraq, 7.75 faizdir. Bütün banklara bərabərhüquqlu, sağlam rəqabət şəraitində kreditlər verməlidir. Xarici ölkələrdə belədir. Azərbaycanda MB digər bankların sadəcə bir neçəsini kreditlə təmin edir. Onlar da təbii ki, öz kreditləri üzrə faizləri endirmir. Çünki o biri bankların belə ucuz pulunun olmamasından xəbərdardır. Amma normal şəraitdə MB hamısına verməlidir. Bu halda ucuz kreditdən söhbət gedə bilər”.

Mütəxəssis kredit hərracları keçirmək və bütün bankların ucuz kredit verilişi ilə təmin edilməsi üçün MB-ı qanunla məcbur etməyin vacibliyini vurğulayıb:

Nəhayət üçüncü səbəb də Azərbaycanda normal məhkəmə hüquqi sisteminin düzgün işləməməsidir. Qanunun aliliyi yoxdur və qanuni prinsiplərə bir qayda olaraq, riayət edilmir. Bu da banklar üçün təhlükə, riskdir. Banklar kredit verərkən bilir ki, onun bir hissəsi gec və ya ümumiyyətlə, qayıtmayacaq.

Geri alınması üçün əlavə işçi, vəkil tutulmalıdır. Bunlar onun qanuni xərcləridir. Eyni zamanda məhkəməyə, icra məmuruna rüşvət kimi qeyri-rəsmi məsrəflər də var. Ölkədə sistem təəssüf ki, belə işləyir.

Bank adıçəkilən məsrəfləri göz önünə alaraq, faizləri yüksək edir. Bu gün əksəriyyət bank xidmətlərindən razı deyil. Lakin onlar problemli kreditlərin qaytarılmasında xeyli əziyyət çəkirlər”.

Son xəbərlər
Digər xəbərlər