9 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda kredit qoyuluşlarında azalma

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il fevral ayının 1-nə 24 157,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 2015-ci ilin yekunu ilə müqayisədə 423,4 mln. manat və ya 1,72% azalıb. 

Qeyd edək ki, 2015-ci ilin dekabrında baş verən manatın ikinci devalvasiyasından sonra kredit qoyuluşları dollarda olan kreditlərin manat ekvivalentində artması nəticəsində artım nümayiş edib. Lakin bu ilin yanvarında 2015-ci ilin fevral devalvasiyasından etibarən müşahidə olunan azalma tendensiyasını davam etdirib. Belə ki, 2015-ci ilin fevralında 22 575,7 mln. manat olan kredit qoyuluşu noyabr ayında 903,2 mln. manat və ya 4% azalaraq 21 672,5 mln. manata enib.

İqtisadiyyata kredit qoyuluşları keçən ilin analoji dövrü ilə müqayisədə 3 896,9 mln. manat və ya 19,2% artıb. “Report”un analitik qrupu kredit qoyuluşlarının real olaraq azalacağını ehtimal edir. Lakin manatın məzənnəsinin düşməsi nəticəsində nominal olaraq kredit qoyuluşları arta bilər.

Report

Son xəbərlər
Digər xəbərlər