8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda kredit verilməsi sadələşdiriləcək

Azərbaycanda kiçik və orta fermerlərə kredit verilməsi sadələşdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Azərbaycanda kənd təsərrüfatı korporativləri və sığorta fondlarının yaradılmasını nəzərdə tutub.

Banker.az xəbər verir ki, nu açıqlamasında KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktor müavini Abbas Qaracayev bildirib.

“Əfsuslar olsun ki, kənd yerlərində yaşayan əhalinin, fermerlərin xeyli hissəsi kreditlərdən bəhrələnə bilmir. Bunun səbəbi isə odur ki, kredit alarkən onu girovla təmin edə bilmirlər. Digər tərəfdən, rayonlarda olan girov kimi təqdim olunan əmlakların likvidliyinin çox aşağı olması ilə bağlıdır.

Yaranmış vəziyyətdə təcrübə göstərir ki, likvidlik məsələsi artıq problem olaraq qalır. Çıxış yolu xarici ölkələrdə olduğu kimi, kənd təsərrüfatı korporativlərinin, bu sahə ilə məşğul olan sığorta fondunun yaradılmasından ibarətdir”, – deyə A.Qaracayev əlavə edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, artıq bu layihə yeni hazırlanan kənd təsərrüfatı strategiyasında öz əksini tapıb. Hazırda nazirlik qurumun xətti ilə təsərrüfat subyektlərinə kreditlərin verilmə prosedurunun sadələşdirilməsi üzərində iş aparır:

“Azərbaycanda hər bir təsərrüfat subyekti Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 200 min manata qədər kredit götürə bilər. Bu kreditin faiz dərəcəsi illik 7% təşkil edir. Bu məbləğ 5 ilə ödənilir və maksimum güzəşt müddəti 2 ildir.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.