-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda kreditlə turizm səfərləri təşkil edən şirkətlərin sayı artırılacaq

Azərbaycanda turizm şirkətləri tərəfindən kreditlə tur paketlərin verilməsinin genişləndirilməsi nəzərdə tutulur.

Bunu  Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə baş verən devalvasiyadan sonra banklar tərəfindən müştərilərə inamsızlıq yarandığı üçün turizm səfərləri üçün kreditlərin verilməsi halları olduqca azalıb.

Bu işin genişləndirilməsi üçün işlərin aparıldığını deyən N.Bağırov bildirib ki, yaxın vaxtlarda Azərbaycan Turizm Assosiasiyasına üzv olan turizm şirkətlərinin müştəriləri ilkin ödəniş olmadan, kreditlə tur paketlər ala biləcəklər. Vətəndaşlar kreditlə aldıqları turpaketin qiymətini şirkətin bank hesabına maksimun 1 il müddətinə aybaay ödəyəcəklər.

N.Bağırov əlavə edib ki, təklif edilən kreditin faiz dərəcəsi çox əlverişli olacaq.

Kreditlə turpaketlərin verilməsi ilkin mərhələdə AzTA-ya üzv olan 20 şirkətə şamil ediləcək, bu say daha sonra artırılacaq.

O qeyd edib ki, müştərilər məbləğ məhdudiyyəti olmadan, istənilən istiqamət üzrə kreditlə verilən turpaketdən yararlana biləcəklər.

©Trend

Son xəbərlər
Digər xəbərlər