AMB məlumat yaydı.
2015-ci il mayın 1-nə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcələri artıb.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bahalaşma həm xarici valyuta ilə həm də, manatla olan kreditlər üzrə baş verib.
Belə ki, verilən kreditlər üzrə orta faiz dərəcələri 2015-ci ilin aprelin 1-i ilə mayın 1-nə olan məlumatların müqayisəsi zamanı aydın olur ki, bir ayda manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 0,12%, xarici valyuta ilə olan kreditlər üzrə isə bahalaşma 0,1 % artıb.
Bundan əlavə qeyd edək ki, apreldə fiziki şəxslərə verilən kreditlərdə orta faiz dərəcəsi manatla 18,63%, xarici valyutada isə 21,06% olub. Hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə manatla 9,72%, xarici valyutada isə 9,28 % təşkil edib.