23 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda kreditlər yenə də bahalaşıb – HESABAT

Azərbaycanda istehlak kreditlərinin azaldılması və biznes üçün kredit faizlərinin aşağı salınması üçün tədbirlərə baxmayaraq bu ilin 1-ci rübündə bank sektorunda kreditərin faiz dərəcələri yüksəlməkdə davam edib. Azərbaycan Mərkəzi Bankının məlumata görə, 1-ci rübün sonunda ölkə üzrə orta kredit faizi 14,5% təşkil edir. Müqayisə üçün bildirək ki, ötən ilin sonunda bu göstərici 14,3% olmuşdu.

Qeyd edək ki, ilin əvvəlindən etibarən istehlak kreditlərinin şərtlərinn sərtləşdirilməsi nəticəsində bir sıra aparıcı banklar kredit faizlərini aşağı saldıqlarını və kreditlərin güzəştli şərtlərlə verildiyini elan etmişdilər. İndi məlum olur ki, bu kampaniyalar kredit faizlərinin enməsinə ciddi təsir etməyib.

AMB-nin məlumatına görə, 1-ci rübdə ölkənin demək olar ki, bütün regionları üzrə kreditlər bahalaşıb. Əsas kredit bazarı sayılan Bakıda kreditlərin faiz dərəcəsi 13,3%-dən 13,5%-ə yüksəlib. Abşeron İqtisadi rayonunda isə (Sumqayıt, Xırdalan və Abşeron rayonlarını əhatə edir) rayonunda isə faizlər ötən ilin sonundakı 18,3%-dən 19%-ə qalxıb. Bu dövrdə hətta Naxçıvan Muxtar Respublikasında da kreditlər bahalaşaraq 14,4%-dən 15,1%-ə qalxıb. 1-ci rübdə yalnız ölkənin cənub bölgələrini əhatə edən Lənkəran İqtisadi rayonunda kreditlərin faiz dərəcəsi azalaraq 21,6%-dən 20,7%-ə düşüb.

Yeri gəlmişkən, yanvar-fevral aylarında kredit faizləri daha yüksək olub, sonradan nisbətən azalıb.

5

Fins.az

Son xəbərlər
Digər xəbərlər