9 C
Baku
Wednesday, November 13, 2024

Azərbaycanda kreditlərin 8,9 faizinin ödəmə vaxtı keçib

2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbərə görə, onun 12824,5 milyon manatı uzunmüddətli kreditlər olub.

Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7605,8 milyon manat təşkil edib.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 Avroya – 1,84 manata (1,77), 100 Rusiya rubluna – 2,82 manata (2,39) bərabər olub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər