13 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanda kreditlərin sığortalanması bazarı 3 dəfə kiçilib

Azərbaycanda kreditlərin sığortalanması 2020-ci ildə 3 dəfə azalıb.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlmata əsasən, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində cəmi 35 min 700 mantlıq kredit sığortalanıb ki, ötən ilin eyni dövründə bu rəqəm 109 min 400 manat təşkil edirdi. Dövr ərzində isə heç bir sığorta hadisəsi baş verməyib.

Cari ilin yanvar-avqust aylarında kredit sığortası üzrə yığılmış sığorta haqları 21 min 500 manat təşkil etmişdir. İllik müqayisədə kreditlərin sığortlanması bazarı 3 dəfə kiçilsədə, aylıq müqayisədə 14 min 200 manat artıb.

Onuda qeyd edək ki, Kreditlərin sığortası kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

12345678

Son xəbərlər
Digər xəbərlər