8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda kreditlərin sığortalanması bazarı 3 dəfədən çox kiçilib

Azərbaycanda kreditlərin sığortalanması 2020-ci ildə 56% və yaxud 2,3 dəfə kiçilib.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-may ayları ərzində cəmi 13 800 manatlıq kredit sığortalanıb. Öncəki ilin analoji dövründə bu rəqəm 44 600 manat idi. Lakin, dövr ərzində heç bir sığorta hadisəsi baş verməyib.

Cari ilin yanvar-aprel aylarında isə kredit sığortası üzrə yığılmış sığorta haqları 11 700 manat təşkil etmişdir. İllik müqayisədə kreditlərin sığortlanması bazarı 3,2 dəfə kiçilsədə, aylıq müqayisədə 18% böyüyüb.

Onuda qeyd edək ki, Kreditlərin sığortası — kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər