Azərbaycanda kreditlərin sığortasına maraq azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2022-ci ilin yanvar-dekabr aylarında kredit sığortası üzrə yığılmış sığorta haqları 1.9 milyon manat təşkil etmişdir. Əvvəlki ilin eyni dövründə bu göstərici 3.4 milyon manat olub ki, illik müqayisədə kredit sığortası üzrə yığımlar 44% azalıb.
Onuda qeyd edək ki, Kreditlərin sığortası kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.