Bu ilin yanvar-iyun aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyaları 8 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
Dövlət Statistika Komitəsinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır.
Bu müddətdə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 19,3 mln. kVt/saat təşkil edib ki, bu da illik müqayisədə 18,9% azdır.
Son 1 ildə ölkədə istilik elektrik stansiyalarının istehsalı illik müqayisədə 3% artaraq 9 648,3 mln. kVt/saat, su elektrik stansiyalarının istehsalı isə 1,4% azalaraq 1 055,1 mln. kVt/saat təşkil edib.
7 ay ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı illik 2,2% artaraq 11 199,6 mln. kVt/saat olub.