4 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanda külək və günəş stansiyaları elektrik enerjisinin istehsalını kəskin artıracaq

Azərbaycanda 2028 ildə külək və günəşlə işləyən stansilarda 5 203,5 QVt-saat elektrik enerjisi istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 7,3 dəfə çoxdur.

Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Sənədə əsasən, 2025-2028-ci illərdə külək və günəşlə işləyən stansilarda elektrik enerjisinin istehsalı tədricən artacaq.

Belə ki, 2025-ci ildə qeyd olunan göstərici 715,1 QVt-saat, 2026-cı ildə – 3 753,2 QVt-saat, 2027-ci ildə – 4 555,4 QVt-saat, 2028-ci ildə isə 5 203,5 səviyyəsində olacağı proqnozlaşdırılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər