Azərbaycanda 2025-ci ildə külək elektrik stansiyalarında istehsal kəskin artıb.
Banker.az-ın məlumatına görə, il ərzində külək enerjisi hesabına 172,3 milyon kilovatt-saat elektrik enerjisi istehsal olunub. 2024-cü ildə bu göstərici 50,9 milyon kilovatt-saat idi.
Beləliklə, küləkdən elektrik istehsalı bir ildə təxminən 3,4 dəfə artıb.
Günəş elektrik stansiyalarında isə istehsal 556,4 milyon kilovatt-saatdan 600,4 milyon kilovatt-saata yüksəlib. Artım təxminən 7,9% təşkil edib.
Su elektrik stansiyalarında 2 milyard 842,5 milyon kilovatt-saat elektrik enerjisi istehsal olunub.
Bütün mənbələr üzrə Azərbaycanda elektrik enerjisi istehsalı 2025-ci ildə 28 milyard 683 milyon kilovatt-saat olub. 2024-cü ildə bu göstərici 28 milyard 412,6 milyon kilovatt-saat təşkil etmişdi.







