14 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda ləğv olunan 2 bankın əmlakları satışa çıxarıldı

Yanvarın 11-i və 26-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank Standard” ASC-nin, yanvarın 18-i və 26-da isə “Atabank” ASC-nin daşınmaz əmlakların satışı üzrə açıq hərrac keçiriləcək.

Banker.az xəbər verir ki,  bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Bildirilib ki, “Bank Standard”a məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər əliyev küçəsi, ev 22 ünvanında yerləşən 54,02 kv.metrlik mənzil, eləcə də bu banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov Koroğlu küçəsi, ev 17 ünvanında 139,9 kv.metrlik mənzil, həmçinin “Atabank”a məxsus Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, 204A ünvanında yerləşən 16,6 kv.metrlik qeyri-yaşayış sahəsi və Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında yerləşən 301 kv.metrlik qeyri-yaşayış sahəsi satışa çıxarılır.

Əmlaklara müvafiq olaraq 85 min manat, 1.1 milyon manat, 15 min manat və 600 min manat qiymət qoyulub.

Son xəbərlər
Digər xəbərlər