20 C
Baku
Saturday, October 12, 2024

Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə 614 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 86 əmanətçiyə 614 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

“Banker.az” Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9 674 əmanətçisi 241 milyon 236 min 544 manat, “Amrah Bank”ın 5 727 əmanətçisi 138 milyon 691 min 579 manat, “AGBank”ın 4 552 əmanətçisi 108 milyon 987 min 387manat, “NBC Bank”ın isə 4 133 əmanətçisi 125 milyon 288 min 864 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Son xəbərlər
Digər xəbərlər