Bu gün səhərə yaxın Sabirabad rayonunun Həşimxanlı kəndinin çöllük ərazisində kanala düşən avtomaşının sərnişini suda boğularaq ölüb.
Şirvan bürosunun məlumatına görə, Binəqədi rayonunda fəaliyyət göstərən “Lider Cola” şirkətinə məxsus H 009-703 dövlət nömrə nişanlı “Jeep” markalı avtomaşında olan 3 nəfərdən biri, həmin şirkətin rəhbəri, 33 yaşlı Bakı şəhər sakini Anar Ramiz oğlu Mirzəyev hadisə yerində dünyasını dəyişib.
FHN-in xilasediciləri onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırmalara başlanılıb.