“Car Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi Yığıncağı 10.01.2025-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.
Banker.az xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1002, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR, ev.3, m.103 ünvana bildirə bilərlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Xatırladaq ki, MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Orxan Ağayevdir.