16 C
Baku
Sunday, November 16, 2025

Azərbaycanda lizinq şirkətinin rəhbəri dəyişib

“Ansar Leasing” ticarət nişanı adı altında fəaliyyət göstərən “Azərbaycan Lizinq Şirkəti” MMC-yə yeni baş menecer təyin edilib. Bu barədə Şirkətdən məlumat verilib.

Məlumata görə, söhbət Hikmət İbrahimovdan gedir. O, artıq baş menecer vəzifəsinə təsdiqlənib. H.İbrahimov bu vəzifədə Cəfər Babayevi əvəz edib.

Xatırladaq ki, “Azərbaycan Lizinq Şirkəti” 2008-ci ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən yaradılıb. Onun nizamnamə kapitalı 5 mln. manatdır.

Report

Son xəbərlər
Digər xəbərlər