10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda logistika sahəsinə ucuz kreditlər verilməsi təklif olunur

Azərbaycanda strateji sahələrə xüsusi (ucuz) kreditlərlə dəstək verilməlidir.

Bunu ölkənin aparıcı holdinqlərindən birinin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.

“İndiki kredit faizləri ilə logistikanı inkişaf etdirmək olmur. Bir çox ölkələrdə bizim kimi şirkətlər logistika xidmətini alırlar. Ancaq biz bunu edə bilmirik, həmin xidməti özümüz həyata keçiririk, nəticədə işimiz mürəkkəbləşir. Hazırda işin 50%-i logistikadır. Əgər logistikanı yaxşı bilmədinsə məsrəflər artır və rentabelliliyə ciddi təsiri olur. Ölkəmizin inkişafında logistikanın rolu böyükdür, ancaq onu inkişaf etdirmək üçün çox yol getməliyik. Bu sahənin inkişafı ciddi maliyyə istəyir. Sektora ciddi yatırımlar olmalıdır”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər