İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “LUKOIL Technology Services GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialını qeydiyyata alıb.
Banker.az xəbər verir ki, filialın qanuni təmsilçisi Rusiya vətəndaşı Agaev Emindir.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev ev15-dir.
Qeyd edək ki, “LUKOIL Technology Services GMBH” şirkəti Avstriyada yerləşir.