23 C
Baku
Sunday, October 12, 2025

Azərbaycanda məktəb və bütün bağçalarda üztanıma sistemi tətbiq olunacaq

“Gələcəkdə məktəb və bütün bağçalarda “SİMA Access” üztanıma sisteminin tətbiqi planlaşdırılır”.

Bunu “AzIntelecom” MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev Bakı Fintex Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən həll bağça sisteminə inteqrasiya olunub:

“Təhlükəsizlik baxımından xüsusi önəm kəsb edən “SİMA Access” həllimiz yenidir. Bu həll Elm və Təhsil Nazirliyi tərəfindən bağça sisteminə inteqrasiya olunub və çox uğurla həyata keçirilir. Bir qisim bağçalarda bu həyata keçirilməsinə baxmayaraq, həllin bütün bağçalarda, habelə məktəblərdə tətbiqi planlaşdırılır”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər