Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Texno Lyuks M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 2 498 535 manatdır.