8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda mənimsəmə və israf etmə cinayətlərinin sayı artıb

“Ötən il mənimsəmə və israf etmə cinayətlərinin sayı artıb”.

Bu sözləri ötən illin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclasındakı çıxışı zamanı Baş prokuror Kamran Əliyev deyib.

Qeyd edilib ki, 2023-ci ildə 317 mənimsəmə və israfetmə faktı qeydə alınıb. Bu rəqəm 2022-ci ildə 262 təşkil edib.

Həmçinin qeyd edilib ki, prokurorluq orqanları tərəfindən 76.5 milyona yaxın məbləğdə ziyan ödətdirilib, 44.5 milyona yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub.

Bundan başqa cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib.

Son xəbərlər
Digər xəbərlər