2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən Azərbaycanda mənzillər 10% bahalaşıb.
Banker.az DSK-ya istinadən xəbər verir ki, 2023-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 102.8 faiz (2.8% bahalaşma) olub.
O cümlədən ilkin mənzil bazarı üzrə 101.8 faiz (1.8% bahalaşma), təkrar mənzil bazarı üzrə 102.8 faiz (2.8% bahalaşma) təşkil edib.