Türkiyədə biznes məqsədilə ev və obyekt alan azərbaycanlıların sayı artır.
Bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb.
Əmlak eksperti Şaiq Əliyev deyir ki, Türkiyədə əmlak bazarına təlabat azaldığından bu, qiymətlərə də təsir edib. Bizim ölkə ilə müqayisədə obyekt və mənzil qiymətləri daha münasib hesab olunur.
Ekspert deyir ki, İstanbulla yanaşı, Ankara, Antalya, eləcə də Bodrumdan da əmlak alanlar var.
Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir.








