Azərbaycanda böyük otellər və restoranlar şəbəkəsinə malik “Resant Group” MMC “Günay Sığorta” ASC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, “Resant Group” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Resant Group”a “Ramada”, “İntercontinental”, “Sheki Palace”, “Mambo Beach”, “İstanbul Meyhane”, “Baku Voice Rooms”, “Harrison” və s. kimi bir çox hotel, restoran, çimərlik, gözəllik və spa mərkəzləri daxildir.