5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda maaş kartlarının sayı son bir ayda 164 min ədəd azalıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 78 min ədəd artaraq 17 milyon 421 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.3% artmışdır.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartlarında artım debet kartları üzrə 22.8%, kredit kartları üzrə 18.9% təşkil etmişdir. Aylıq müqayisədə əməkhaqqı kartlarının sayı 164 min ədəd azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili
nağdsız ödənişlərin həcmi 5697 mln. manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər