27 C
Baku
Wednesday, August 6, 2025

Azərbaycanda maaş kartlarının sayında böyük artım

2019-cu ilin oktyabr ayında Azərbaycanda ödəniş kartlarının ümumi sayı 7 milyon 136 min təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

 Bu ilin sentyabr ayında cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd olub. Okytabr ayında ötən ay ilə müqayisədə  cəmi ödəniş kartlarının sayı 130 min ədəd azalıb. 

2019-cu ilin oktyabr ayında əməkhaqqı kartlarının sayı 2 milyon 276 min ədəd, sosial kartların sayı 2 milyon 383 min ədəd, digər kartların sayı isə 1 milyon 719 min ədəd olub. Sosial kartların sayında azalma aqro kartların müddətinin bitməsi ilə əlaqədardır. 

Belə ki, ötən ay ilə müqayisədə əməkhaqqı kartlarının sayı 64 min ədəd, digər debet kartlarının sayı isə 81 min ədəd artıb.

 

Son xəbərlər
Digər xəbərlər