23 C
Baku
Saturday, June 8, 2024

Azərbaycanda mağazalar ötən il geyim və ayaqqabı satışından ₼8.4 milyard manat qazanıb

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 520.1 milyon manat dəyərində məhsul istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki illə müqayisədə toxuculuq sənayesində 8.8 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 2 faiz, geyim istehsalında isə 15.2 faiz azalma müşahidə olunub.

2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 8 milyard 408.7 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 5.5% artım deməkdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər