11 C
Baku
Tuesday, November 5, 2024

Azərbaycanda maliyyə əməliyyatları edən əcnəbilərin nəzərinə

Birgə beynəlxalq müqavilələrə imza atmış ölkələrin hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə birbaşa həmin şəxsin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanlarına məlumat veriləcək.

Milli Məclisdən  verilən məlumata görə, bununla bağlı “Fərdi məlumatlar haqqında” qanuna yeni 13.2-1 maddəsi, “Banklar haqqında” qanunun 41.2-ci maddəsinə və “Sığorta fəaliyyəti haqqında” qanunun 6.2-ci maddəsinə isə yeni bənd əlavə edilir.

Əlavələr layihəsinə görə, Azərbaycanla digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada birbaşa həmin şəxsin vətəndaşı olduğu, yaxud yaşadığı xarici dövlətin səlahiyyətli orqanına veriləcək.

Layihə Milli Məclisin iyunun 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

APA

Son xəbərlər
Digər xəbərlər