15 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda maliyyəçilərin orta aylıq əməkhaqqı 10% artıb

Azərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı artıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2018-ci ilin yanvar-aprel ayları ərzində 1 551,8 manat təşkil edib. Beləliklə, bu sektorda çalışanların əməkhaqlaqında aylıq müqayisədə 135,4 manat və ya 9,6% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 389,4 manat olub, özəl sektorda isə bu göstərici 1 589,4 manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5% artaraq 538,8 manata yüksəlib. Əmək haqqı neft sektorunda 3 226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər