13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda manatda olan yeni depozit və kreditlərin faizləri düşüb

Azərbaycanda milli valyutada müştərilərdən yeni cəlb edilmiş depozitlərin və onlara verilmiş kreditlərin orta faizləri 2024-cü ilin martında bir qədər də düşüb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik rəqəmləri bildirir.

Belə ki, manatda olan yeni cəlb edilmiş əmanətlər üzrə faizlər fevralla müqayisədə martda 77 baza bəndi azalaraq 7.64 faiz təşkil edib. Bununla belə, manatda ümumi orta faiz dərəcəsi 8.39% təşkil edir. Hüquqi şəxslərdən cəlb edilən depozitlərin gəlirlik faizi 6.03% olduğu halda, fiziki şəxslər üzrə bu göstərici 9.34%-dir.

Xarici valyutada (XV) cəlb edilmiş depozitlərin faizləri isə yüksəlməkdə davam edir. Məsələn, fevral ayında yeni cəlb edilmiş XV depozitlərin gəlirliliyi illik 2.34% olduğu halda, martda 2.77% olub.

Müştərilərə verilən yeni kreditlər üzrə orta faiz dərəcəsi manatda 100 baza (1 faiz) bəndi azalaraq martda 15.07% olub. Ölkə manatda verilən kreditlərin orta faiz dərəcəsi 14.38%-dir. Şirkətlərə verilən kreditlər 10.23%, fiziki şəxslərə verilən kreditlər isə 16.06%-dədir. İlin əvvəli bu faizlər müvafiq olaraq hüquqi və fiziki şəxslər üzrə 10.14% və 16% idi.

XV-da verilən yeni kreditlər üzrə 5.72 faiz təşkil edib. Bu son bir ayda 0.51 faiz bəndi artımdır. Orta kredit faizləri hüquqi şəxslər üçün XV-də 5.36% və fiziki şəxslər üçün isə 4.68%-dir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər