Azərbaycan Mərkəzi Bankı 2019-ci ilin sentyabr ayı üzrə olan depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.
Banker.az bu barədə AMB-yə istinad edir.
2019-ci ilin sentyabr ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,37%, xarici valyuta ilə 6,84% təşkil edib. Sentyabr ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,07 faiz bəndi artıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 0,04 faiz bəndi azalıb.
Sentyabr ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 17,16% xarici valyutada 11,91% olub. Hüquqi şəxslərə həmin ayda kreditlər manatda orta hesabla 9,12%, xarici valyutada 5,58% təşkil edib. Belə ki, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcələri manatda 0,03 faiz bəndi artıb. Buna səbəb kimi istehlak kreditlərinin sayının artmasıdır. Hüquqi şəxslərə verilən kreditlərin orta faiz dərəcələri isə manatda 0,02 faiz bəndi artıb, xarici valyutada isə 0,08 faiz bəndi azalıb.
Mərkəzi Bankın statistikasına əsasən, sentyabr ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,59% , xarici valyuta ilə 2,04% təşkil edib. Ötən ay ilə müqayisədə sentyabr ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,05 faiz bəndi azalıb, xarici valyutada isə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 0,01 faiz bəndi artıb.
Sentyabr ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,65%, xarici valyutada isə 1,35%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 10,13%, xarici valyutada isə 2,57% olub.