2019-cu ilin sentyabrın 30-na Azərbaycanda manatla pul bazası 10 217,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 59,7 mln. manat və ya 0,6% artıb.
Azərbaycanda manatla pul bazası cari ilin əvvəli ilə müqayisədə 671,6 mln. manat və ya 7% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə manatla pul bazası 1 345,8 mln. manat və ya 15,2% artıb.