Ölkəmizdə marketinq araşdırmaları sahəsində 20 ildir uğurla fəaliyyət göstərən Business Insight şirkəti rebrendinq edib.
Bu barədə Banker.az-a şirkətdən məlumat verilib.
“Business Insight şirkətinin rebrendinq etməkdə əsas məqsədi müştəriləri ilə münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoymaq, həmçinin biznes ruhunu, gücü, etibarlılığı və operativliyi göstərməkdir.
Şirkət bu məqsədlər istiqamətində daim peşəkar komandasını inkişaf etdirir, araşdırma alətlərini təkmilləşdirir və innovativ texnologiyaların üstünlüklərindən faydalanır” – deyə, şirkətin açıqlaçmasında deyilir.








