Azərbaycanda real sektor üzrə işgüzar fəallıq indeksləri* 2024-cü ilin mart ayı ilə 2025-ci ilin mart ayı müqayisəsində sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinaən xəbər verir ki, sənaye sektorunda indeks 11.93-dən 2.11-ə düşərək əhəmiyyətli zəifləmə göstərib.
Tikinti sektorunda isə əksinə, müsbət dinamika müşahidə olunub – ötən ilin martında mənfi 0.01 olan indeks bu ilin martında 2.74-ə yüksəlib. Bu, sektorda az da olsa canlanmanın baş verdiyini göstərir. Pərakəndə ticarətdə indeks 11.34-dən 8.16-ya enərək istehlak tələbində zəifləməni əks etdirir.
Xidmət sahəsində isə daha ciddi geriləmə var: indeks 39.63-dən 13.71-ə düşüb.
Son bir ayda – 2025-ci ilin fevralı ilə martı arasında isə demək olar ki, bütün sahələrdə azalma müşahidə olunub.
*Sənayenin inam indeksi = (məhsul istehsalı – hazır məhsul ehtiyatı + istehsal gözləntiləri)/3
Tikintinin inam indeksi = (İcraya qəbul edilmiş sifarişlər + İşçilərin sayının dəyişməsi gözləntiləri)/2
Pərakəndə ticarətin inam indeksi = (faktiki satış – mal ehtiyatlarının dəyişməsi + satış üzrə gözləntilər)/3
Xidmət sektorunun inam indeksi = (Biznes şəraiti + Faktiki tələb + Tələb gözləntisi )/3