13 C
Baku
Wednesday, November 26, 2025

Azərbaycanda martda iqtisadi artım tempi yüksəlib

Azərbaycanda 2025-ci ilin yanvar-martında (ilk rüb) iqtisadi artım 0.3% olmaqla öncəki ayda qeydə alınan 0.2%-dən yuxarı olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-ci ilin yanvar-mart aylarında ölkədə 29892.9 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3.8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2.5 faiz artmışdır.

e

ÜDM istehsalının 37.0 faizi sənaye, 10.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.8 faizi tikinti, 3.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.8 faizi informasiya və rabitə sahələrinin, 21.6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2922.2 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər