14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda maşınqayırma zavodunun təşkilati-hüquqi forması dəyişdirildi, kapitalı artırıldı

“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC-nin təşkilati-hüquqi forması MMC-yə dəyişdirilib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyulun 21-də sərəncam verib.

Bundan başqa, sərəncama əsasən, şirkətin nizamnamə kapitalı 4.155 milyon manat və yaxud 35.5% artırılaraq 11.855 milyon manatdan 16.061 milyon manata çatdırılıb.

Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər