28 C
Baku
Wednesday, August 27, 2025

Azərbaycanda may üzrə ticarət balansındakı qalıq artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 12,6 faiz artsa da, real ifadədə 1,1 faiz azalıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ümumi dövriyyə 20,27 milyard dollar təşkil edib, bunun 10,3 milyard dolları ixracın, 9,96 milyard dolları isə idxalın payına düşüb. Aylar üzrə artıqlıq göstərən müsbət saldo 339,5 milyon dollara çatıb və bu göstərici aprel ayı ilə müqayisədə iki dəfə artıb.

İxracın strukturunda qeyri neft-qaz məhsulları 1,41 milyard dollar olub, bu da əvvəlki illə müqayisədə nominal ifadədə 11,6 faiz çox, lakin real olaraq 11,4 faiz azdır. Əsas ixrac bazarları İtaliya, Türkiyə və Rusiya olub. Qeyri neft-qaz sektoru üzrə ixracda isə ilk yerləri Rusiya, Türkiyə və İsveçrə tutub.

İdxal əməliyyatlarında isə Çin, Rusiya və Türkiyə ən böyük paya sahib olublar. İdxal real ifadədə 10,3 faiz artıb, bu da daxili tələbatın yüksəlməsinə işarə edir.

Ticarətdə məhsul müxtəlifliyi də dəyişib. Məsələn, ixracda təzə meyvə, kartof, şəkər, pambıq ipliyi və qara metallardan boruların ixracı artıb, əvəzində tütün, çay, şirə, elektrik enerjisi və alüminium kimi məhsulların ixracı azalıb. İdxalda isə buğda, siqaret, minik avtomobili və kondisioner kimi məhsullarda nəzərəçarpacaq artım müşahidə olunub. Əvəzində dərman vasitələri, şokolad, bitki yağları və qara metallardan boruların idxalı azalıb.

Son xəbərlər
Digər xəbərlər