8 C
Baku
Wednesday, December 4, 2024

Azərbaycanda mebel şirkəti 2.7 milyon manat zərər edib

“Dalğa-94” MMC maliyyə nəticələrini elan edib.

Banker.az xəbər verir ki, ötən il şirkətin gəlirləri 6,311,145.71 manat olub. Satışın maya dəyəri 6,092,031.00 manat məcmu gəliri isə 219,114.71 manat təşkil edib.

Cəmiyyətin əməkhaqqı formasında olan ödənişlərinin cəmi 1,168,437.00 manat təşkil etmişdir.

Yekun olaraq cəmiyyət 2022-ci ili 6,311,145.71 manat gəlir, 9,018,260.97 manat xərc ilə başa vurmuş, bu da kapital ehtiyatının 2,707,115.26 azalmasına səbəb olmuşdur.

“DALĞA-94” MMC 2022-ci ildə də mənfəət vergisi ödəməyib, beləliklə illik xalis zərəri 2.7 milyon manat olub.

Debitor borclar ötən ilin sonu 1 milyon 43 min manat olmasına baxmayaraq bu ilin sonuna 885 min manat təşkil etmişdir.

2022-ci ildə “Dalğa-94” MMC-nin öhdəlikləri 3.3 milyon manat olub. Öhdəliklərin 1 milyon 800 min manatını müddətli borc öhdəlikləri təşkil edir. Ötən il isə “Dalğa-94” MMC-nin belə borcları 1 milyon 200 min manat idi.

Xatırladaq ki, “Dalğa-94” MMC 2004-cü ildə təsis olunub. İstehsal etdiyi məhsullar yataq dəsti, şkaf, stol-stul, yumşaq mebel dəstləridir.

Son xəbərlər
Digər xəbərlər