Azərbaycanda 2024-cü il üzrə mehmanxana və mehmanxana tipli obyektlərdə işçilərin sayı 15 202 nəfər olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ildə mehmanxana və mehmanxana tipli obyektlərdə işçilərin sayı 13 608 nəfər olub ki, bu da illik müqayisədə 1 594 nəfər va ya 12% artıb.
Onu da qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycanda mehmanxana və otel tipli 859 obyekt olub.