2023-cü il iyul ayının 10-da saat 12:00-da “Kür Mehmanxanası” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin ləğv olunması.
2.Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
3. “Kür Mehmanxanası” ASC-nin buraxılmış səhmlərinin (qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi;
4.Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda iştiraketək üçün gələn şəxslərin qeydiyyatı saat 10:00-dan 11:00-a kimi aparılacaqdır. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təstiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təstiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Ünvan Şirvan şəhəri, M.Rəsulzadə, ev 11-dir.
Qeyd edək ki, “Kür Mehmanxanası” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 443582 manatdır və qanuni təmsilçisi Ramiz Səmədovdur.