Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 24,4 faiz artaraq 1558,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 45,5 faizini təşkil edir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,6 faiz artaraq 488,8 milyon manat olmuşdur ki, onun da 60,0 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,7 faizi ictimai iaşə xidmətlərindən, 3,4 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,1 faiz səviyyəsində olmuşdur (2022-ci ildə 15,7 faiz). Bu göstərici Şabranda 51,4 faiz, Naftalanda 44,1 faiz, Beyləqanda 29,9 faiz, Bakıda 29,8 faiz, Qubada 27,4 faiz, Lənkəranda 25,7 faiz, Ağcabədidə 22,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.