Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 357.5 min ton metanol (metil spirti) istehsal edilib.
Banker.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcm ötən ilin müvafiq dövründən 81.3% çoxdur.
1.09.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 38.6 min ton təşkil edir.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.