10 C
Baku
Wednesday, April 16, 2025

Azərbaycanda metrodan istifadə edənlərin sayı azalıb

2025-ci ilin yanvar-mart aylarında nəqliyyatçılar 472.1 milyon sərnişinə xidmət göstərmişlər.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Sərnişinlərin 88.2 faizi avtomobil nəqliyyatı, 11.2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1.3 faiz azalaraq 52.8 milyon nəfər, avtomobildən istifadə edənlərin sayı 4.9% artaraq 416.3 milyon nəfər, avtobusdan istifadə edənlərin sayı isə 5.2% artaraq 397.8 milyon nəfər olub.

Son xəbərlər
Digər xəbərlər