Azərbaycanda mexanizatorları qiymətləndirmə portalının yaradılması nəzərdə tutulur.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin məlumatında bildirilir.
Məlumata görə, səhmdar cəmiyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb. Portalın 2 ay ərzində hazır olması nəzərdə tutulur.