28 C
Baku
Wednesday, June 26, 2024

Azərbaycanda mikro bizneslərin dövriyyəsi zəifləyir

Azərbaycanda mikro bizneslər, yaxud sahibkarlar kiçilməkdədir və onların pərakəndə ticarətdə payı kiçilir.

Banker.az xəbər verir ki, 2022-ci ilin ilk üç ayında ölkə pərakəndə ticarət dövriyyəsi 35 milyard 553.1 milyon manat olmaqla, bunun cəmi 191.17 milyon manatı mikro bizneslərə aiddir. Bu barədə Dövlət Statistika Komitəsinin göstəricilərində bildirilir. Burada, ƏDV və aksiz vergisi daxil olmaqla hesablanır.

Ölkənin pərakəndə ticarət dövriyyəsi öncəki ilin göstəricisi ilə müqayisədə 17% artdığı halda, bu mikro bizneslərdə 0.5% kiçilib.

Mikro sahibkarlıq dedikdə – işçi sayı 10 nəfərə qədər və illik gəliri 200 min manatdan az olan biznes subyektləri nəzərdə tutulur.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan mikro bizneslərinin pərakəndə ticarət dövriyyəsi 192.09 milyon manat idi. Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 30 milyard 350.1 milyon manat təşkil edirdi.

Yəni cari ildə, mikro bizneslərin pərakəndə ticarətdə payı 0.54% olub. Öncəki ildə bu 0.63% idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər