Azərbaycanda mikro sahibkarlıq subyektlərinin gəlirlərinin həcmi 2024-cü ilin birinci rübündə illik müqayisədə 21.38 mln. manat və ya 13.4 faiz artıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, mikrobizneslərin malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlirləri 181.11 milyon manata çatıb.
Bununla belə mikro bizneslərin pərakəndə ticarət dövriyyəsi 49.72 mln. manat olmaqla illik 28 faiz azalıb.
Həmin biznes subyektlərində 135.31 mln. manatlıq topdansatış olub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarına əsasən, işçi sayı 1 – 10 nəfər və illik gəliri 200 min manatdan az olan biznes subyektləri mikro sayılır.