Azərbaycanda 2023-cü il üzrə mikro sahibkarlıq subyektlərində pərakəndə ticarət dövriyyəsi 4 mlrd. 864.68 mln. manata yüksəlib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2022-ci ildə mikro bizneslərin ticarət dövriyyəsi 3 mlrd. 206.25 mln. manat idi.
Bu da illik müqayisədə mikro bizneslərin pərakəndə dövriyyəsinin 52% artnası deməkdir.
Bunun da 3 mlrd. 558.51 mln. manatı Bakı şəhərinin payına düşüb.